XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2018 - 11:54

Türkiyədə güclü tufanın olacağı proqnozlaşdırılır- Əhaliyə xəbərdarlıq edilib

Türkiyə meteoroloqları sentyabrın 29-dan etibarən Mərmərə, Egey və Aralıq dənizlərində başlayan güclü fırtınanın sahilyanı vilayətlərdə ciddi təhlükə yaradacağı barədə əhalini xəbərdar ediblər.

Küləyin sürətinin bəzi bölgələrdə 100/120 kilometr/saata qədər yüksələcəyi bildirilir. Xəbərdarlıq edilib ki, ən böyük təhlükə İzmir, Aydın və Manisa bölgələrində gözlənilir. Güclü küləyin evlərin dam örtüyünü, böyük ağacları, elektrik dirəklərini, hətta maşınları aşıra biləcəyi proqnozlaşdırılır. Bununla bağlı yaradılan fövqəladə vəziyyət mərkəzləri ağır texnika, su nasosları, xilasedici maşın və heyətlərlə təmin olunub.