XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2018 - 14:14

İndoneziyada zəlzələ və sunamidən ölənlərin sayı 400-ə çatır

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384 nəfərə çatıb.

Trend-in məlumatına görə, həmçinin itkin düşənlərin olduğu deyilir.

Təbii fəlakət nəticəsində ölənlərin sayının arta biləcəyi ehtimal olunur.

Xatırladaq ki, ötən gün Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub.