XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2018 - 15:25

MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək- Daşkənddə

MDB Müdafiə Nazirləri Şurasının növbəti, 75-ci iclası oktyabrın 10-12-də ilk dəfə Daşkənd şəhərində keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbir “Özbəkistan” forumlar sarayında baş tutacaq.

Bildirilib ki, MDB Müdafiə Nazirləri Şurası çərçivəsində əməkdaşlıq ölkənin strateji təhlükəsizlik məsələlərini əvvəlcədən planlaşdırmağa və həll etməyə, həmçinin regionda sülhü və sabitliyi təmin etməyə imkan verir.