XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 16:54

Suriya İordaniya ilə sərhədini açıb- Nazirdən açıqlama

Suriya-İordaniya sərhədindəki “Nəsib” nəzarət-buraxılış məntəqəsi işini bərpa edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın nəqliyyat naziri Əli Hamud məlumat verib.

“Suriya hökuməti bu gün səhər İordaniyadan Suriyaya və əks istiqamətdə gedən iri yük maşınları və tranzit-nəqliyyat üçün “Nəsib” nəzarət-buraxılış məntəqəsini açıb”, – nazir bildirib.

Qeyd edək ki, Suriya hökuməti “Nəsib” nəzarət-buraxılış məntəqəsinin azad olunmasından sonra Dəməşqdən İordaniya sərhədinə qədər yolu, o cümlədən müharibə vaxtı dağıdılmış körpüləri bərpa edib.

“Nəsib” Suriya-İordaniya sərhədinin əsas keçidi hesab edilir, həm Əmman, həm də Dəməşq üçün mühüm iqtisadi statusa malikdir. Bu keçid Aralıq dənizi limanlarından İordaniya vasitəsilə Körfəz ölkələrinə və əks istiqamətdə daşınan yüklər üçün tranzit pəncərədir.