XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 17:08

Avropa İnvestisiya Bankı Gürcüstana yardım ayıracaq- 250 milyon avro

Avropa İnvestisiya Bankı Gürcüstan hökumətinə 250 milyon avro əlavə pul vəsaiti ayıracaq.

AZƏRTAC Gürcüstan Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu vəsait Gürcüstanda beynəlxalq və yerli əhəmiyyətli avtomobil magistral yollarının bərpası və yenidən qurulmasına, yeni yolların tikintisinə, habelə enerji layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Bu barədə razılıq Gürcüstan maliyyə naziri İvane Maçavarianinin AİB-in vitse-prezidenti Vazil Xudakla görüşündə əldə olunub. Nazirliyin məlumatına əsasən, AİB artıq 10 ildir ki, Gürcüstana müxtəlif layihələrin reallaşdırılması üçün maliyyə yardımı göstərir.

Bu gün Gürcüstan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində AİB-dən aldığı maliyyə yardımının çoxluğuna görə ikinci yerdədir.