XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 17:52

Britaniyanın sabiq xarici işlər naziri özünün “Brexit” planını açıqlayıb

İngiltərənin sabiq xarici işlər naziri Boris Conson hökumətin hazırkı “Brexit” planını dəyişdirməli olduğunu bildirərək özünün “Super Kanada” planını açıqlayıb.

“Daily Telegraph” qəzetində dərc olunmuş “Daha yaxşı “Brexit” planı” adlı məqaləsində o, öz planından bəhs edir. Bildirir ki, əgər hazırkı plan tətbiq edilsə, seçicilər aldadılmış olacaqlar. Ona görə də İngiltərənin Kanada və Avropa İttifaqı arasında sərbəst ticarət razılaşması əldə etməsi lazımdır.

Boris Conson məqaləsində Şimali İrlandiya və İrlandiya Respublikası arasındakı sərhəd mövzusuna da toxunub və “əlavə prosedurlar”ın sərhəddən uzaq bir yerdə görülə biləcəyini yazıb.

Qeyd edək ki, Boris Conson Baş nazir Tereza Meylə “Brexit”lə bağlı fikir ayrılığına görə istefa verib.