XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 18:39

Hər səkkiz ölüm halından biri ürək tutmasından baş verir- Avropa İttifaqında

Avropa Statistika İdarəsinin (Eurostat) “Dünya ürək günü” ilə əlaqədar yaydığı məlumata əsasən, qitədə ölümlərin 12 faizi ürək tutmasından baş verir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, infarktdan ən çox ölüm halı Litvada qeydə alınıb – 38 faiz. Siyahıda Litvanın ardından 29 faizlə Latviya və 27 faizlə Slovakiya gəlir.

İnfarkt hallarının ən az müşahidə olunduğu ölkələrin siyahısına isə 6 faizlə Fransa və Hollandiya başçılıq edir. Ümumilikdə Avropa İttifaqında hər səkkiz ölüm halından biri infarkt səbəbindən baş verir.

Qeyd edək ki, Avropa İttifaqına üzv olan ölkələrdə ürək xəstəliyindən həyatını itirən kişilərin (53 faiz) sayı qadınların sayından (47 faiz) çoxdur.