XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 22:18

Serbiya prezidenti ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirib

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo xüsusi təyinatlılarının fəaliyyəti səbəbindən ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, əmr Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə verilib.

Eyni zamanda Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlıları da tam döyüş hazırlığına gətirilib.

Qeyd edək ki, Kosovo DİN-in 60-a yaxın xüsusi təyinatlısı (ROSU) şimalda yerləşən “Qazivode” su elektrik stansiyasının akkumulyasiya gölü yaxınlığındakı mövqeləri tutub və bəndin yaxınlığındakı ekologiya və idman mərkəzinə daxil olublar.