XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2018 - 09:50

Serbiya ilə Avropa İttifaqı arasında gərginlik –Prezident təşkilatı riyakarlıqda suçlayır

Serbiya prezidenti Aleksandr Vuçiç Avropa İttifaqının (Aİ) məmurlarını tənqid edib.

Bu barədə RİA “Novosti” məlumat yayıb. O, bildirib ki, Avropa Birliyi məmurlarının Kosovo ətrafında vəziyyətlə əlaqədar mövqeyi ikiüzlülükdür: “Bütün tərəfləri təmkinli olmağa çağırırlar. Nədən təmkinli olmaq? Bax, mənim Avropa İttifaqına sualım budur”.

Prezidentin sözlərinə görə, o, başa düşə bilmir ki, serblər albanlara nə edib. Vuçiç iddia edib ki, albanlar əldə edilmiş bütün razılaşmaları pozub. O, həmçinin əlavə edib ki, Aİ məmurları heç olmasa riyakarlıqdan çəkinməlidirlər. (report.az)