XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 14:47

İran gəmiləri Yəmənə çatmamış geri döndü

İranın Yəmənə göndərdiyi gəmilər səfəri tamamlamadan sükanı geri çevirib. Bu tərs dönüşün səbəbləri tam bilinməsə də, İran flotunun ABŞ-ın nəzarətindən çəkinərək bu addımı atdığı ehtimal edilir. Belə ki, 7 yük, 2 hərbi gəmidən ibarət flotun husilərə silah daşıdığı güman olunurdu. İran bu iddiaları rədd etsə də, ABŞ “şərqlilərin sözünə inan, amma nəzarəti də əldən vermə” məntiqiylə öz hərbi gəmisini Yəmən sahillərinə göndərmiş, daşınan malları gözdən keçirəcəyini açıqlamışdı. Güman olunur ki, İran da super gücü bu əziyyətə salmamaq üçün gəmilərini geri çağırıb.

Geri qayıdışın digər bir səbəbi BMT-nin Təhlükəsiz Şurasının qərarıyla bağlı ola bilər. Bu qərara görə, husilərə silah embarqosu qoyulmaqla yanaşı, ölkədə atəşkəs elan olunması və bütün tərəflərin iştirakı ilə birlik hökumətinin qurulması nəzərdə tutulur.

Səbəbi rəsmən açıqlanmayan geri dönüşdə İran flotunun asta-asta hərəkət etdiyi bildirilir. Müşahidəçilər bu asta gedişin yenidən Yəmənə dönüşlə nəticələnə biləcəyindən əndişə edirlər.