XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

30 Sentyabr 2018 - 11:30

Makedoniya əhalisi referendumda gedir –Xalq "hə" desə, ölkənin adı dəyişəcək və NATO-ya üzv olacaq

Makedoniyada ölkənin adının dəyişdirilməsi haqqında məşvərət referendumunda səsvermə başlayıb.

Ölkənin Dövlət Seçki Komissiyasının (DSK) məlumatında bildirilir ki, referendumda 1 milyon 806 min 336 nəfər səs verə biləcək. Referendum 07:00-dan 19:00-dək davam edəcək.

Səs verənlər “Makedoniya Respublikası və Yunanıstan Respublikası arasında sazışı qəbul etməklə Aİ və NATO-ya daxil olmanı dəstəkləyirsiz?” sualına cavab verəcəklər.

Referendum məşvərət xarakteri daşıyır. Lakin Makedoniyanın qanunvericiliyinə əsasən, referendumun uğurlu keçməsi üçün ona seçicilərin yarısından çoxunun – 903 min vətəndaşın səs verməsi tələb olunur.

Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib. Ehtimal olunur ki, ölkənin adı Şimali Makedoniya Respublikası olacaq.

Qeyd edək ki, ölkələr arasında saziş Skopye üçün NATO və Avropa İttifaqına yol açır.