Güclü sel və daşqınlar Türkiyənin Sakariya və Kocaeli vilayətlərində böyük problemlər yaradıb. Türkiyə mediasının yayıdğı xəbərə görə, güclü daşqın səbəbindən ictimai nəqliyyat iflic vəziyyətinə düşüb.
Məlumata görə, səhər saatlarından başlayan güclü yağış hər iki vilayətdə dövlətə və əhalinin mülkiyyətinə xeyli zərər vurub. Şəhər təsərrüfatının idarə olunmasında böyük problemlər yaranıb. Su təchizatında çətinliklər yaranıb. Tunel və keçidlər sel altında qalıb. Çox sayda minik maşını idarəolunmaz hala düşüb.
Yaşayış binalarının birinci mərtəbəsini və dükanları su basıb. Təcili tədbirlər görülməsi üçün təbii fəlakət zonasına əlavə qüvvələr cəlb olunub. (Modern.az)