XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 09:29

ABŞ-ın birinci xanımı dünya turnesinə başlayır –Xanım Tramp Qana, Malavi, Keniya və Misirdə olacaq

ABŞ-ın birinci xanımı bazar ertəsi günü ilk solo beynəlxalq turnesinə başlayır. 4 Afrika ölkəsinə səfər çərçivəsində Melania Tramp “Be Best”-“Ən yaxşısı ol” adı altında uşaqların təminatı təşəbbüsünə start verəcək.

Ağ Evin bildirdiyinə görə, xanım Tramp Qana, Malavi, Keniya və Misirdə olacaq.

Səfərin koordinasiyası ilə USAID məşğul olur.

Melania Trampın səfərinin diqqət mərkəzində ana və körpələrin sağlamlığı, uşaqların təhsili, HİV-dən müdafiə və konserbləşdirmə olacaq. Birinci xanımın ABŞ-ın rolunu vurğulayacağı da gözlənilir.

“Ən yaxşısı ol” kampaniyasını Melania Tramp may ayında başladıb. Ağ Evin bildirdiyinə görə, bu təşəbbüs uşaqların öz seçdiyi yolda ən yaxşısı olmağı, onlara fiziki, emosional və sosial sağlamlıqlarının öyrədilməsinə həsr edilib. “Be Best” əsas 3 təşəbbüsü nəzərdə tutur- rifan halının yaxşı olması, sosial mediadan istifadə və opidoidlərdən müdafiə.

(Amerikanın səsi)