XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Oktyabr 2018 - 10:18

Parisdə qapalı Fransa-Türkiyə danışıqları –Suriya böhranının müzakirə olunduğu bildirilir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransız həmkarı Jan-İv Le Drianla görüşüb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Çavuşoğlunun Fransaya rəsmi səfəri çərçivəsində Parisdə baş tutan görüşdə tərəflər Suriya daxil olmaqla regional problemləri, indiki vəziyyəti, həmçinin ikitərəfli əlaqələrin inkişafı perspektivlərini və digər məsələləri müzakirə ediblər.

Görüş media üçün qapalı keçirilib və təxminən saat yarım davam edib.