XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 12:55

Çavuşoğlu ABŞ-ı YPG-yə dəstəkdən əl çəkməyə çağırdı:"Daha tətik amerikalıların əlində deyil”

“Bu həftə dünya liderləri BMT Baş Məclisinə yığışarkən ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə iflasa uğramış siyasətinin əksinə gedə bilər. O, ABŞ və Avropanın terrorçu saydığı təşkilatın Suriya qanadı olan Xalq Mühafizə Birliklərinə – YPG – yə silah göndərişini dayandırmaqla bir terrorçu təşkilata zərbə vura bilər”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 28-də “The Washington Post” qəzetində dərc olunmuş məqaləsində belə yazır.

Nazir ABŞ kəşfiyyat cameəsinin YPG-ni Kürdüstan İşçi Partiyasının (PKK) “Suriya yaraqlıları” adlandırmasını yada salır. PKK-nın Türkiyədə zorakı terror kampaniyası apardığını, minlərlə günahsız adamı öldürdüyünü qeyd edir.

“Dəfələrlə xəbərdarlıq etdiyimiz kimi, Birləşmiş Ştatların bu qrupa dəstəyi əks reaksiya verib. Bu il amerikalı dəniz piyadası Suriya yaraqlı qruplaşmasının üzvü tərəfindən öldürülüb. “Human Rights Watch” YPG-ni uşaqları sıralarına cəlb etməməyə çağırıb. Son məlumatlara görə, YPG qüvvələri Suriya prezidenti Bəşər Əsədlə alyans yaradıb, onun üsyançıların son istehkamını almasına yardım edirlər”, – Mövlud Çavuşoğlu yazısında vurğulayıb.

“Mən kürd xalqının müttəfiqiyəm. Mənim partiyam Türkiyə kürdləri arasındakı elektoratın dəstəyini alıb. Amma mən bütün terrorçuların düşməniyəm, istisna qoymuram. Vaxtilə Əfqanıstandakı mücahidləri silahlandırdığı, silah və təlim verdiyi kimi, daha tətik amerikalıların əlində deyil”, – yazan nazir, Birləşmiş Ştatların terrorçuları dəstəkləməməyə çağırır, tərəf seçməyin zamanı gəldiyini deyib.

(azadlıq.org)