XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 21:05

Qurbanqulu Berdiməhəmmədov:“Xəzərdə təhlükəsizliyi möhkəmlədən layihələrin müzakirəsinə hazırıq”  

Xəzər dənizində yeni layihələrin icra olunması gələcəyə qoyulan investisiyalardır.

Bu fikri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nyu-Yorkda, BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı səsləndirib.

AZƏRTAC Türkmənistanın “TDH” informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə lideri bu il avqustun 12-də Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandıqdan sonra Xəzər regionunun nəqliyyat-tranzit və enerji potensialının icrasında yeni imkanlar açıldığını qeyd edib.

Bununla bağlı Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Türkmənistan yeni, kommersiya baxımından əsaslandırılmış, Xəzər dənizində kontinental təhlükəsizliyi möhkəmlətməyə imkan yaradan layihələrin icrasına köklənib və əməkdaşlığa maraq göstərən bütün tərəflərlə bu layihələrin konkret müzakirəsinə hazırdır.