XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 21:11

Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum baş tutmayıb- Seçicilərin iştirakı 50 faizdən aşağı olub

Makedoniyada ölkənin adının Şimali Makedoniya Respublikası ilə dəyişdirilməsini nəzərdə tutan referendum baş tutmayıb. Bu barədə jurnalistlərə ölkənin Seçki Komissiyasının rəhbəri Oliver Derkoski məlumat verib. O deyib ki, referendumda seçicilərin iştirakı 50 faizdən aşağı olub.

Ölkənin Prezidenti və Millətçilər Partiyası seçiciləri referendumda iştirak etməməyə çağırırdılar. Referendumu dəstəkləyən Baş nazir Zoran Zaev isə səsvermədə iştirak edənlərin 90 faizinin ölkənin adının dəyişdirilməsinə tərəfdar olduğuna inandığını bildirib.

Qeyd edək ki, referendumun əsas məqsədi Yunanıstanın eyniadlı bölgəsi ilə yaranmış münaqişəyə son qoymaq və ölkənin Avropa strukturlarına daxil olmasına şərait yaratmaq idi.