ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Amerika İraqdakı diplomatik personalın yerini müvəqqəti dəyişib. O, bunu İran İslam İnqilab Qvardiyası və onunla müttəfiq olan yaraqlıların artmaqda olan təhlükəsi ilə izah edib.
Yazılı bəyanatda Pompeo bildirib ki, artmaqda olan spesifik təhlükəyə görə ABŞ personalını və obyektlərini hücumlardan qorunması məqsədi ilə müvəqqəti yerlərə köçürülməsinə götəriş verib.
Pompeo İrana ABŞ-ın regiondakı diplomatik obyektlərinə hücum etməmək barədə xəbərdalıq verib: “Mən İran hökumətinə İraqda amerikalılara və hər hansı bir diplomatik obyektə qarşı hər bir ziyana görə İranın məsul tutulacağı barədə xəbərdarlıq edirəm. Bu, istər İran qüvvvələri və ya onun səlahiyyəti ilə davranan döyüşçülər olsun”, Pompeo əlavə edib.
Dövlət katibinin xəbərdarlığı bu həftə Konqresin İranın İraqdakı mövcudluğu məsələsi ilə bağlı dinləmələr vaxtına təsadüf edir. ABŞ prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasında bütün ölkələri İranın təcrid edilməsi çağırışından sonra BMT Təhlükəsizlik Şurasındakı çıxışında da Tehranın tənqidini davam etdirib. (Amerikanın Səsi)