XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

02 Oktyabr 2018 - 10:30

Baş konsul Ukrayna vətəndaşlarına pasport paylayır –Rəsmi Kiyevdən Macarıstana xəbərdarlıq

Yaxın günlərdə Macarıstanın Ukraynanın Zakarpartye vilayətinin Bereqovo şəhərindəki baş konsulu ölkəsinə qayıdacaq.

Bu barədə mətbuata açıqlamasında Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin məlumat verib.

Nazirin sözlərinə görə, Zakarpartye vilayətində Ukrayna vətəndaşlarına Macarıstan pasportlarının verilməsi məsələsini faktlarla macar həmkarı Peter Siyartoya çatdırıb: “Onlar konsulluq münasibətlərinə dair Venesiya Konvensiyasının tələblərini pozublar. Mən macar həmkarıma konsullarının geri çağırılmasını təklif etdim. Əgər bu baş verməsə, bu həftə konsulun ölkədən çıxarılmasına dair nota təqdim edəcəyik”.

Qeyd edək ki, Macarıstan xarici işlər naziri Peter Siyarto macar konsulunun Ukraynadan çıxarılacağı təqdirdə, ölkəsinin adekvat addım atacağını bəyan edib/Axar.az.