XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Oktyabr 2018 - 11:53

Rusiya ilə Cənubi Koreya arasında qalmaqal –Səfir Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Cənubi Koreyanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə dəvət olunub və ondan Rusiya yük gəmisinin Busan portundan dərhal buraxılması tələb edilib.

Nazirliyin oktyabrın 1-də verdiyi bəyanatda deyilir ki, Sevastopol gəmisi Busan limanında qanunsuz olaraq saxlanır və onun saxlanması səbəbi barədə heç bir məlumat verilməyib.

Rusiyanın xəbər agentlikləri Cənubi Koreya səfiri Voo Yoon-keuna istinadən bildirir ki, bu məsələ oktyabrın 2-də həll olunacaq: “Biz Rusiya və Cənubi Koreya arasındakı münasibətlərin bundan sonra da uğurla davam edəcəyinə inanırıq”.

Rusiya mediası xəbər verir ki, Sevastopol gəmisi Busan limanına təmir üçün avqustun ortalarında yan alıb. Onun göyərtəsində 14 Rusiya dənizçisi var.

Sevastopol ABŞ tərəfindən sanksiya siyahısına salınmış 6 gəmidən biridir. ABŞ bildirir ki, bu gəmi Şimali Koreyanın BMT sanksiyalarından yayınmasına kömək edir.

Gəminin əməliyyatçısı olan “Gudzon Shipping Co”. şirkəti üzərinə də Şimali Koreya ilə qanunsuz ticarətə görə sanksiya qoyulub. Rusiya ABŞ-ın inddialarını rədd edir və bildirir ki, Vaşinqtonun bu hərəkətlərinə cavab tədbirləri hazırlayır.