XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

02 Oktyabr 2018 - 15:25

“YPG-nin Münbiçdən çıxarılması və oranın yerli xalqlara təslim edilməsi zamanı gəlib” –Çavuşoğlu

YPG-nin Münbiçdən çıxarılması və oranın yerli xalqlara təslim edilməsi zamanı gəlib.

“Anadolu” agentliyi xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlunun bəyanatı ABŞ-ın müdafiə naziri Ceyms Mettisin şərhindən sonra verilib. Pentaqonun başçısı Münbiçdə birgə patrul üçün təlimlərin başlandığını açıqlayıb. Birgə patrulun bu ayın sonunda başlanması gözlənilir.

Xatırladaq ki, iyunun sonunda Çavuşoğlu və amerikalı həmkarı Mayk Pompeonun görüşündə Münbiç üzrə yol xəritəsi müəyyən edilib. Yol xəritəsi YPG terror təşkilatının Münbiçdən çıxarılmasını nəzərdə tutur/Publika.az.