ABŞ və İsrailn rəhbərliklərinin münasibətləri tarixboyu ən aşağı səviyyəyə düşüb
İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqton səfəri görünməmiş qalmaqala çevrilib.
Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, israilli lider Ağ Evlə razılaşmadan respublikaçıların üstünlük təşkil etdiyi Konqresə müraciət edərək İranla nüvə razılaşmasına yol verməməyə çağırıb. Bu addım Vaşinqton administrasiyasının etirazına səbəb olub.
Netanyahunun Vaşinqton səfəri göstərdi ki, ABŞ və İsrailn rəhbərliklərinin münasibətləri tarixboyu ən aşağı səviyyəyə düşüb. Nə prezidnet Obama, nə də vitse-prezident Cozef Bayden israilli baş nazirlə danışıqlar aparmaq istəyib.
Netanyahu Amerikaya uçmazdan öncə öz səfərini “tarixi taleyüklü missiya” adlandıraraq yəhudi dövlətinin gələcəyinin təhlükə altında olduğunu bildirib.
Nəzərə alınsa ki, İranla nüvə razılaşması Obamanın ciddi qələbəsi ola bilər, İsrailin bu razılaşmanı pozmaq cəhdi Amerikada arxadan zərbə kimi dəyərləndirilir. Təəcüblü deyil ki, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays Netanyahunun Konqresə müraciətini “ikitərəfli münasibətlərin təməli baxımından destruktiv” adlandırıb.