XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 18:27

Fransada genişmiqyaslı əməliyyat –Terrorçuluqda şübhəli bilinən 11 nəfər saxlanılıb

Fransa polisi terrorçuluqda şübhəli bilinən 11 nəfəri saxlayıb.  Artıq şübhəlilərdən 3-ü həbs edilib. Axtarış vaxtı onların evindən silah tapılıb. Bu barədə oktyabrın 2-də Fransanın daxili işlər naziri Gerrar Collomb məlumat verib.

Onun sözlərinə görə, əməliyyatda 200-dək polis iştirak edib. Nəticədə “Zahra France mərkəzi”nin11 üzvü saxlanıb. Bu mərkəzin baş qərargahı Fransanın şimalndakı Nor departamentində yerləşdir.

Xatırladaq ki, ötən həftə Fransada terrora hazırlaşmaqda şübhəli bilinən 18 yaşlı bir çeçen də saxlanıb.

Onun qardaşının da bundan əvvəl saxlandığı və mayda Parisdə insanlara bıcaqla hücum edən Hamzat Azimovla əlbir olmaqda şübhəli bilindiyi bildirilir. Fransanın kütləvi informasiya vasitələri hesab edirlər ki, hüquq-mühavizə orqanlarına məlum olan adamlar ölkədə 13 terror aktı törədiblər.

(Azadlıq radiosu)