XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 20:03

Paşinyandan Sarkisyana daha bir zərbə –Qardaşını səfir vəzifəsindən azad etdi

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanın qardaşı Levon Sarkisyanı xüsusi məsələlər üzrə səfir vəzifəsindən azad edib.

“İnterfax”n xəbər verir ki, Levon Sarkisyanın oğlu Narek və qızı Ani barəsində MDB üzrə beynəlxalq axtarış elan edilmişdi.

Onlar qanunsuz varlanmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və saxta sənədlər düzəltməkdə ittiham edilirlər. İstintaq məlumatına əsasən, Levon Sarkisyan 6,8 milyon dollarlıq gəlirini vergi bəyannaməsindən gizlədib.

Ermənistan KİV-inin məlumatına görə, onlar Rusiya ərazisindədirlər.

Məhkəmə keçmiş prezidentin qardaşı barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçib. Sentyabrın 6-da isə Ani Sarkisyan könüllü olaraq istintaq orqanlarına təslim olub/Report.