XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 11:33

İraqın yeni prezidenti Bərham Saleh oldu- 301 deputatdan 165-i onun lehinə səs verib

İraq parlamentinin deputatları Bərham Salehi ölkə prezidenti seçiblər.

Trend-in məlumatına görə, Salehin lehinə 165 deputat səs verib.

Parlamentin iclasında 329 deputatdan 301-i iştirak edib, beləliklə spiker Məhəmməd Əl-Halbusi 3-cü cəhddən səsvermə üçün lazımi yetərsay toplaya bilib.

Deputatlar qarşısında and içərkən Saleh ərəb ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qorumağa söz verib.