XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 11:44

Böyük Britaniya immiqrasiya sisteminə dəyişiklik edəcək- Nazirdən açıqlama

Britaniyanın daxili işlər naziri Sajid Cavid “Brexit” sonrası immiqrasiya sistemində bir sıra dəyişikliklərin olacağı barədə məlumat verib.

O bildirib ki, bundan sonra sistemin bir hissəsi kimi yüksək ixtisaslı işçilərin vizası üçün maaş həddi götürüləcək. Belə ki, yeni sistem mart ayından etibarən tədricən Avropa Birliyi vətəndaşlarına da tətbiq ediləcək.

Britaniya 2019-cu il martın 29-da AB-dən ayrılacaq. Bununla yanaşı, 2020-ci il dekabrın 31-dək tərəflər arasında “keçid dövrü” olması haqqında razılaşma əldə olunub. Bu keçid dövründə Böyük Britaniyaya gələn AB vətəndaşları hazırda mövcud olan hüquq və təminatlardan yararlanacaqlar. Ancaq AB və Böyük Britaniya arasında heç bir razılaşma olmadığı təqdirdə, keçid dövrü olmayacaq. Bu halda yeni miqrasiya qaydaları qəbul edilməlidir(azərtac).