XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2018 - 13:16

Tramp:"ABŞ Kim Çen Inla ikinci sammitə hazırlaşır"

ABŞ Prezidenti Donald Tramp KXDR-lə ikinci sammitə hazırlıq getdiyini bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bunu Missisipi ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Dövlət katibi Mayk Pompeo gələn həftə KXDR-ə yola düşəcək və biz ikinci sammit üzərində işləyirik”, – deyə o qeyd edib. Prezident, həmçinin Şimali Koreya ilə yaxşı münasibətlərin olduğunu bildirərək Pxenyanın raket və nüvə sınaqlarından imtina etdiyini vurğulayıb.

Qeyd edək ki, Mayk Pompeo oktyabrın 7-də Pxenyanda KXDR lideri Kim Çen Inla görüşəcək. Yonhap agentliyinin məlumatına görə, ABŞ-ın Koreya yarımadasında nüvə nizamlanması üzrə xüsusi elçisi Stiven Biqun da onunla birlikdə Pxenyana gedəcək. Bu, xüsusi elçinin həmin posta təyin edildikdən sonra Şimali Koreyaya ilk səfəri olacaq.