XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2018 - 18:46

Əfqanıstanda ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb:11 nəfər ölüb

ABŞ-a məxsus “C-130J” tipli “Herkules” təyyarəsi Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində aerodromda qəzaya uğrayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, qəzada altı ekipaj üzvü və 5 mülki şəxs ölüb.

Onlar NATO-nun Əfqanıstandakı missiyasının əməkdaşları olublar. “Taliban” hərəkatının nümayəndələri təyyarənin onlar tərəfindən vurulduğunu bəyan ediblər.

ABŞ hərbi komandanlığı isə yaraqlıların bəyanatını təsdiqləməyərək qəzanın səbəblərinin araşdırıldığını bildiriblər.