XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2018 - 20:25

Türkiyə hərbçilərinin İraqda və Suriyada qalma müddəti uzadılıb- TBMM-dən qərar

Türkiyə Silahlı Qüvvələrinin İraqda və Suriyada olan hərbçilərinin qalma müddəti daha bir il uzadılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) qərar qəbul edib.

Qeyd edək ki, 2014-cü ildə ölkə parlamenti ordunun xarici ölkələrə göndərilməsinə və əcnəbi hərbçilərin Türkiyə ərazisində yerləşdirilməsinə imkan verən qərar qəbul etmişdi. Türkiyə ordusunun xaricə göndərilməsi birillik mandat əsasında həyata keçirilir.