XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 20:45

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi:"Alyans Makedoniyanı yeni adla öz sıralarına qəbul etməyə hazırdır"

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison jurnalistlərə açıqlamasında bildirib ki, Alyans Makedoniyanı yeni adla öz sıralarına qəbul etməyə hazırdır. O qeyd edib ki, referendumda iştirak edən vətəndaşların 90 faizindən çoxunun ölkənin adının Şimali Makedoniya Respublikası ilə əvəz edilməsini dəstəkləməsi müsbət haldır və indi Makedoniya parlamenti son sözünü deməlidir.

Xatırladaq ki, sentyabrın 30-da keçirilən referendumda ölkənin ümumi seçki hüququna malik vətəndaşlarının yalnız 37 faizi iştirak edib. Onların 91,7 faizi ölkənin adının dəyişdirilməsinin lehinə səs verib. Makedoniya qanunlarına görə isə referendumun uğurlu keçməsi üçün seçki hüququna malik vətəndaşların 50 faizinin iştirakı vacibdir.