Belçikanın paytaxtı Brüsseldə Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə ABŞ-ın müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir: “ABŞ bir daha Gürcüstanın bir gün NATO-nun üzvü olacağı ilə bağlı öhdəliyini təsdiqləyir”.
L.İzoriya bildirib ki, C.Mettislə görüşdə Gürcüstan və ABŞ-ın strateji tərəfdaş olduğu bir daha vurğulanıb: “Gürcüstanda son illər həyata keçirilmiş islahatlar, ölkənin müdafiə qabiliyyəti ilə bağlı məsələlər və NATO formatında əməkdaşlığın perspektivləri müzakirə olundu”.