XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2018 - 21:54

Argentinanın eks-prezidentinə qarşı cinayət işi açıla bilər- Çirkli pulların yuyulmasında ittiham olunur

Argentinanın eks-prezidenti Kristina Fernandes de Kirşner və övladları Maksimo və Florensiyaya qarşı cinayət işi açıla bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.

Artıq dövlət büdcəsindən talanmış vəsaitlərin yuyulmasına görə Kirşner ailəsinə yaxın olan Lasaro Baes barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Kristina Fernandes de Kirşner 2007-2015-ci illərdə Argentinanın prezidenti olub, hazırda senatordur.