XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 10:30

Ərdoğan iranşünası İrana səfir təyin etdi –Yeni elçi

Türkiyə İrandakı fövqəladə və səlahiyyətli səfirini dəyişib.

Strateq.az xəbər verir ki, bu vəzifəyə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu başçısı professor Dərya Örs təyin olunub.

“Resmi Gazete”-də dərc edilən sərəncamdan sonra Rıza Hakan Tekinin Tehrandakı fəaliyyəti başa çatıb.

Dərya Örs fars dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Yeni səfir prezident Ərdoğanın İrana rəsmi səfərlərində bir neçə dəfə tərcüməçilik missiyasını yerinə yetirib.

İranın Ankaradakı elçisinin də dəyişəcəyi gözlənilir. 3 namizəd arasında İran XİN rəhbərinin müavini Cabiri Ənsarinin də adı hallanır.