XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 17:00

Fransızlar Mitteranı 40 ilin ən yaxşı prezidenti sayır –Sorğunun nəticələri

Fransızlar son 40 ildə ölkə rəhbəri olmuş dövlət başçıları içində Fransua Mitteranı ən yaxşı prezident hesab edir.

Novator.az-ın məlumatına görə, Odaxa Mərkəzinin “Fiqaro” qəzeti üçün apardığı sorğu belə göstərir. Oktyabrın 2-si və 3-də 996 nəfər arasında aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin 31%-i Fransua Mitteranı (1981-1995-ci illərdə prezident olub) son 40 ilin ən yaxşı prezidenti sayır.

İkinci yerdə 26%-lə Jak Şirak (1995-2007), üçüncü yerdə 14%-lə Nikola Sarkozi (2007-2012) gəlir. İndiki prezident Emmanuel Makronu (2017-ci ilin mayından dövlət başçısıdır) respondentlərin 10%-i dəstəkləyib.

Sorğu iştirakçılarının 4%-i Fransua Olandın (2012-2017) ən yaxşı prezident olduğunu deyib.

Fransada dövlət başçısı postunu daha əvvəlki illərdə Şarl de Qoll, Jorj Pompidu, Valeri Jiskar d’Esten də tutublar.