XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 23:22

ABŞ Hindistanı sanksiyalarla hədələdi –“S-400” raketləri ilə bağlı gərginlik

“Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacaq”.

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi “The Hindu” adlı sayta bildirib.

Qeyd olunub ki, bu qadağa “Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında” (CAATSA) qanuna əsasən tətbiq ediləcək. Bu, İran, Şimali Koreya və Rusiya ilə “əhəmiyyətli alış-veriş” edən istənilən ölkəyə tətbiq olunacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-də Hindistana ikigünlük rəsmi səfəri gözlənilir. “S-400”lə bağlı müqavilənin də həmin səfər çərçivəsində imzalanacağı ehtimal edilir/Report.