XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 10:53

ABŞ-dan Ukrayanaya mühüm dəstək –Senat "Qolodomor" soyqrımı ilə bağlı qətnamə qəbul etdi

ABŞ Senatı Ukraynada 1930-cu illərdə baş vermiş aclıq barədə qətnaməni qəbul edib. Prezident Petro Poroshenko ukraynalıların “Qolodomor” adlandırdıqları bu hadisə barədə qətnamənin qəbul edilməsini alqışlayıb.

Senatın oktyabrın 3-də qəbul etdiyi bu qətnamə 1932-1933-cü illlərdə Ukraynada baş vermiş bu aclığı sovet rejiminin Ukrayna xalqına qarşı repressiyası adlandırır.

Tarixçilər bu aclıq zamanı 9 milyon insanın tələf olduğunu təxmin edirlər. Bir çox ukraynalar hesab edirlər ki, sovet rejimi tərəfindən süni şəkildə törədilmiş bu aclıq ukrayna kəndlilərinin birlərəkdən məhv edilməsi məqsədini güdüb.

ABŞ Konqresində sadə qətnamələr icbari deyil və onların yalnız bir palatadan keçməsi kifayətdir.

Qətnamədə deyilir ki, Senat Ukraynada Aclığı Araşdıran Komissiyanın gəldiyi nəticələri qəbul edir. Komissiyanın Konqresə 1988-ci ilin 22 aprelində təqdim olunmuş hesabatında deyilirdi ki, Ukraynada aclığı Stalin və onun ətrafındakılar ukraynalılara qarşı soyqırım aktı kimi törədiblər.

Ukraynanın Vaşinqtondakı səfirliyi bildirib ki, Konqresin qəbul etdiyi bu qətnamə Ukrayna aclığının ilk dəfə olaraq rəsmən tanınması hesab edilməlidir. Rusiya Ukraynada aclığın qəsdən törədilməsini qəbul etmir və bildirir ki, bu hadisə zamanı başqa etnik qruplar da əzab çəkiblər.

Ukrayna prezidenti Petro Poroşenko ümid etdiyini bildirib ki, Avropa İttifaqı və BMT də bu məsələdə ABŞ-dan nümunə götürəcəklər. Bu da bildirilir ki, Konqres və ayrı-ayrı ştatlar tərəfindən qəbul edilən qətnamələr heç də həmişə ABŞ-ın ümumi siyasətini əks etdirmir.

ABŞ hökuməti Ukraynada baş vermiş aclığı soyqırım kimi tanımayıb və onu stalinçi rejimin cinayət aktı adlandırıb.

“Qolodomor” 1932-1933-cü illərdə Ukraynanın zorla kollektivləşdirilməsi zamanı baş verib. İndiyədək 15 ölkə Holodomoru soyqırım kimi tanıyıb.

(Azadlıq radiosu)