XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 11:09

Moldova parlamenti prezidentin vetosunu ləğv etdi –ABŞ səfirliyi üçün böyük ərazi ayrıldı

Moldova parlamenti moskvayönlü prezident İqor Dodonun vetosunu ləğv edərək Kişinyovdakı keçmiş stadionun ərazisinin Birləşmiş Ştatların yeni səfirliyi üçün verilməsi barədə qərar qəbul edib.

Oktyabrın 4-də keçirilən səsvermədə 101 millət vəkilindən 55-i respublika stadionunun ABŞ səfirliyinə verilməsi qərarına səs verib. Rusiyapərəstliyi ilə tanınan prezident Dodon Rusiya səfirliyinin kiçik bir ərazidə yerləşməsini əsas gətirərək Birləşmiş Ştatların səfirliyi üçün belə geniş torpaq sahəsinə niyə ehtiyac olduğunu sual edirdi.

İndi Moldova qanunlarına görə Dodon parlamentin qəbul etdiyi qanunu imzalamalıdır. Əgər o bunu etməkdən imtina edərsə, hökumət Konstitusiya Məhkəməsinə müraciət edərək onun səlahiyyətlərinin məhdudlaşdırılmasını xahiş edə bilər. Belə olduqda qanun baş nazir və ya spiker tərəfindən də imzalana bilər.

Qanunda stadionun, bu ərazidəki tennis kortlarıının, restoran və başqa qurumların sökülməsi ilə bağlı heç nə deyilmir. Media ABŞ-ın yeni səfirliyin ərazisi üçün Moldova hökumətinə 15-20 milyon dollar ödəyəcəyini yazır.

Rusiya xəbər agentlikləri bildirir ki, sökülməli olan restoran Dodonu dəstəkləmiş Sosialist Partiyasının sədr müavininə məxsusdur. 1951-ci ildə tikilmiş 25 minlik stadion 2007-ci ildə sökülmüşdü və o vaxtdan bəri ərazi istifadəsiz qalırdı. (azadlıq.org)