XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 11:18

ABŞ-ın vitse-prezidenti Çini ittiham etdi:"Rusiya kəşfiyyatının elədikləri onların yanında sönük görünür"

ABŞ Çinin Amerikanın siyasi sisteminə müdaxiləsi ilə bağlı daha iti ittihamlar irəli sürüb. Vitse-prezident Mayk Pens Çinin başqa bir ABŞ prezidenti istədiyini deyərək, Pekinin ABŞ demokratiyasına müdaxilə etdiyini bildirib.

Pens Çinin Kommunist Partiyasını Amerika biznesləri, film studiyaları, universitetləri, araşdırma mərkəzləri, yerli, ştat və federal rəsmilərini mükafatlandırmaq və ya cəzalanırmaq cəhdində günahlandırıb. Daha ağırı, o, Çini Amerikanın 2018-ci il ara, 2020-ci il prezident seçkilərində ictimai rəyə təsir cəhdində ittiham edib.

Vitse-prezident bildirib ki, ABŞ-ın kəşfiyyat icmasının nümayəndəsi ona Rusiyanın gördüyü işlərin Çinlə müqayisədə sönük qaldığını deyib. Pensin dedikləri prezident Trampın Çinin ara seçkilərə müdaxilə cəhdini tənqid etməsindən bir həftə sonraya təsadüf edir.

Tramp deyib ki, Çin Birləşmiş Ştatlarla ticarət danışıqlarından və Trampın Amerika maraqlarını qorumaq üçün tariflərə üz tutmasından narazıdır:

“Onlar mənim seçkidə məğlub olmağımı istəyir, çünki onlara daha öncə heç kim belə meydan oxumayıb, amma mən Çini bizim fermerlərə, sənayeçilərə və şirkətlərimizə açmaq istəyirik”.

(Amerikanın səsi)