XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 11:58

Rusiya sərhədində 20-dən çox kəşfiyyatçı-təyyarə qeydə alınıb

Rusiya hərbçiləri ötən həftə sərhəddə 21 kəşfiyyatçı-təyyarə qeydə alıblar.

Trend-in məlumatına görə, sərhəd pozuntusunun qarşısını almaq üçün Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin növbətçi qırıcıları 5 dəfə havaya qalxıblar.

İyun ayında da Rusiyanın hava məkanında 20 xarici təyyarənin kəşfiyyat apardığı qeydə alınıb.

May ayında isə ABŞ Hərbi Hava Qüvvələrinin “RQ-4B Global Hawk” pilotsuz uçuş aparatı Kalininqrad, Leninqrad və Pskov vilayətlərinin sərhədlərinə yaxın ərazilərdə 8 saatlıq uçuş həyata keçirib.