XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 14:56

Nursultan Nazarbayev xalqa müraciət edib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xalqa müraciət edib. Dövlət başçısı 2019-cu ilin “Gənclik İli” elan edilməsi barədə təklif irəli sürüb.

AZƏRTAC xəbər verir ki, müraciətdə ölkənin sosial-iqtisadi inkişafı və xalqın rifahının daha da yaxşılaşdırılması məsələləri qaldırılıb. Müstəqillik illərində çox işlərin görüldüyünü bildirən N.Nazarbayev dinamik inkişaf edən müasir dövlət qurduqlarını vurğulayıb.

Qazaxıstan Prezidenti müraciətində “Nurlı Jol” və “Nurlı Jer” adlı yeni inkişaf proqramlarının hazırlanması, “Yol xəritəsi: 2020”nin müddətinin 2025-ci ilədək uzadılması, nəqliyyat, logistika və digər sahələrin inkişaf etdirilməsi, Milli Modernləşmə Komitəsinin yaradılması və s. istiqamətlər üzrə tapşırıqlarını verib.