XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2018 - 15:17

Cənubi Koreyanın daha bir sabiq prezidenti həbs olunub –Korrupsiya ittihamı ilə

 

Cənubi Koreyanın sabiq prezidenti Li Mön Bak 15 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, keçmiş prezident korrupsiyada ittiham olunur. Bundan başqa, Li Mön Bak 11,5 milyon dollar dəyərində cərimə ödəməyə məcbur edilib.

Qeyd olunur ki, sabiq prezident “Samsung” şirkətindən 6 milyon dollara yaxın rüşvət almaqda ittiham olunub. Li Mön Bak həmçinin ehtiyat hissələri istehsal edən şirkətin 22 milyon dollar vəsaitini mənimsəməkdə təqsirli bilinib.