XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2018 - 20:14

Nazarbayev nazirlərlə sərt danışdı:"Yaxşı işləməsəniz, bütün mütəxəssisləri xaricdən dəvət edəcəyəm”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciəti zamanı nazirləri “hədələyib”.

N.Nazarbayev nazirləri daha səmərəli işləməyə çağırıb, əks halda onları xarici mütəxəssislərlə əvəz edəcəyini deyib.

Prezident bildirib ki, ölkə bütün sahələrdə səmərəli şəkildə və bacarıqlı mütəxəssislər tərəfindən idarə olunmalıdır: “Bu mütəxəssisləri axtarmaq lazımdır. Bizdə “Air Astana”ya kim rəhbərlik edir? İngilis. Nazarbayev Universitetinin rəhbəri kimdir? Yapon. Əgər yaxşı işləməsəniz, bütün mütəxəssisləri xaricdən dəvət edəcəyəm”.