XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 20:48

İŞİD lideri necə sağ qalıb? –İranın zərbələri Bağdadidən yan keçib

İŞİD (İslam Dövləti) terror qruplaşmasının lideri Abu Bəkr əl-Bağdadi silahlılarla görüşə gecikdiyi üçün sağ qalıb.

Bu barədə “Baghdad Today” nəşri İraq xalq özünümüdafiə hərəkatının komandiri Cabbar əl-Maamuriyə istinadən məlumat yayıb. Bildirilir ki, əl-Bağdadi Suriyada silahlılarla görüşə gecikməsəydi, İranın zərbələri altında öləcəkdi.

Əl-Maamuri iddia edir ki, İran qüvvələrinin zərbəsi İŞİD-in Müharibə Şurasının iclasını hədəfləsə də, Əl-Bağdadi həmin iclasa gecikib və nəticədə sağ qalıb.

Qeyd edək ki, oktyabrın 1-də gecə İran qüvvələri Suriyada Fırat çayının şərq sahilinə raket zərbəsi endirib. Zərbə Əhvaz şəhərində terror aktını təşkil edənləri hədəfləyib.