XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 23:00

ABŞ Prezidenti Corc Sorosu ittiham edib  

 ABŞ Prezidenti Donald Tramp Soros Fondunun rəhbəri Corc Sorosu Ali Məhkəmə sədri vəzifəsinə namizəd irəli sürdüyü Bret Kavanoya qarşı etiraz aksiyalarına maliyyə ayırmaqda ittiham edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Twitter-dəki səhifəsində yazıb.

D.Tramp namizədliyi açıqlandıqdan sonra etirazçıların B.Kavanonun ofisinə hücum çəkdiyini misal gətirərək onları senatorları mənfi imicdə təqdim etmək üçün Soros və başqalarının tutduqları muzdlu peşəkarlar kimi səciyyələndirib.

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin binalarında hüquq-mühafizə orqanları tərəfindən 300-dən çox nümayişçi saxlanılmışdı.