XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 11:32

Türkiyədə əməliyyat:88 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 7 vilayətində PKK/KCK terror təşkilatlarına qarşı antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, İzmir, Van, Adana, Ərzurum, Mardin, Qars və Muşda 88 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb. Məlumata görə, onlar 2014-cü ilin 6-7 oktyabr hadisələrinin ildönümü bəhanəsi ilə ölkədə ictimai sabitliyə və dinc asayişə qarşı təxribatlar hazırlayırmışlar. Saxlanılan şəxslərdən silah, narkotik maddə, qanunla qadağan olunan digər vəsaitlər götürülüb.