XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 13:04

Miloş Zemanla qaraçı icması arasında münaqişə kəskinləşir

Çexiya Prezidenti Miloş Zeman jurnalistlərin qaraçılar barədə suallarına cavab verərək deyib ki, “qaraçılar kommunist rejimindən başqaları qədər çox əziyyət çəkməyiblər”.

AZƏRTAC xəbər verir ki, Brnodakı Qaraçı Mədəniyyəti Muzeyi “Çex Radiosu” üçün məlumatda bu fikri təkzib edib.

Muzeyin mətbuat katibi Kristina Koqoutova bildirib ki, sosializm illərində hakim rejim qaraçıların milli eyniliyini boğurdu. Bəzi qaraçı ailələrinin uşaqlarını əllərindən alırdılar, qaraçı dilində danışmaq qadağan edilirdi. Koqoutova, həmçinin xatırladıb ki, qaraçılar yalnız “məxməri inqilab”dan sonra öz milli mənsubiyyəti və qaraçı soyqırımı haqqında danışmaq imkanı əldə ediblər.