XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2018 - 14:44

Qəzzada İsrail hərbçiləri ilə toqquşma:3 fələstinli ölüb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda aralarında 13 yaşlı yeniyetmənin də olduğu 3 fələstinli ölüb, 126- nəfər güllə yarası alıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Assotiated Press məlumat yayıb.

İsrail ordusunun məlumatına görə, ötən gün etiraz aksiyasına Fələstin muxtariyyatı sərhədinin müxtəlif yerlərində “Həmas” hərəkatının çağırışı ilə çıxan 20 min sakin hərbçilərə tərəf yanan təkər, daş və əldəqayırma partlayıcı atıblar. İsrail hərbçiləri isə buna qarşı gözyaşardıcı qaz və döyüş silahlarından istifadə ediblər.