XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2018 - 15:53

Estoniya və Finlandiya birgə hərbi təlimlərə başlayır- 200 dəniz piyadası iştirak edəcək

Gələn həftə başlanacaq “Baltic Shield” Estoniya-Finlandiya birgə hərbi dəniz təlimlərinin mina əleyhinə fəaliyyət mərhələsində təxminən 200 dəniz piyadası iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də Estoniyanın ərazi sularında “Baltik qalxanı” hərbi dəniz təlimlərinin mina əleyhinə fəaliyyəti mərhələsi başlanacaq. Bu təlimlər çərçivəsində iki donanma dənizin dibində yerləşdirilmiş döyüş sursatlarını axtaracaqlar. Partlayıcı maddələr aşkar ediləndən sonra onlar zərərsizləşdiriləcək.

Oktyabrın 11-dək davam edəcək təlimlərə Estoniya Hərbi Dəniz Donanmasının “Vambola” komanda və köməkçi gəmisi, sualtı qayıq bölmələri, gəminin adi heyəti və qərargah heyəti cəlb ediləcək.