İndoneziyanın Sukavesi adasında baş vermiş zəlzələ və tsunami fəlakəti nəticəsində 152 minədək sakinin dağıntılar altında qaldığı güman olunur.
“Report” “Bernama” agentliyinə istinadən xəbər verir ki, bunu İndoneziya XİN-in Məlumat və Media İdarəsinin rəhbəri Əhməd Ramazan bildirib.
Dağıntılar altından indiyədək 1558 meyit çıxarılıb. Hökumət təbii fəlakət nəticəsində 65 minədək evin dağıldığını və ya zədələndiyini ehtimal edir.