XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 20:05

Ronaldu zorlama ittihamının arxasında “Real Madrid”in prezidentinin durduğunu düşünür- KİV

İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldu ona qarşı irəli sürülən zorlama ittihamının arxasında sabiq klubu – İspaniya təmsilçisi “Real Madrid”in prezidenti Florentino Peresin durduğunu düşünür.

“Report” “La Repubblica”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə klub rəhbərinin münasibətləri ötən qış pozulub. Ronaldu zorlama ittihamı ilə yanaşı, Çempionlar Liqasının I turunda İspaniyanın “Valensiya” komandası ilə oyunda qırmızı vərəqə almasında və FIFA-nın “The Best” mükafatının ona verilməməsində də F.Peresin əlinin olduğuna əmindir.

Portuqaliyalı forvard bu ilin yayında 100 milyon avro qarşılığında “Yuventus”a keçdiyi üçün “Real Madrid”in prezidentinin ondan qisas aldığı qənaətindədir.

Qeyd edək ki, ötən həftə amerikalı Ketrin Mayorqa Ronaldunun 2009-cu ildə Las-Veqasda onu zorladığını iddia edib və susması üçün futbolçunun ona 375 min dollar ödədiyini bildirib.